8. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə, Dövlət Televiziya
və Radio Verilişləri Şirkətinə tapşırılsın ki, əcnəbi ölkələrdə
istehsal edilmiş və Azərbaycanda nümayiş etdirilmək üçün alınmış
kino və televiziya məmulatının Azərbaycan dilinə dublyajı işinin lazımi
səviyyədə qurulması və ölkə ərazisində xarici kino- və telefilmlərin
Azərbaycan dilində nümayiş etdirilməsi məsələləri barədə təkliflərini
bir ay ərzində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim
etsin.
9. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki:
- ölkədə Azərbaycan dilində çap olunan qəzet, jurnal, bülleten,
kitab və digər çap məhsullarının istehsalının 2001-ci il avqustun
1-ə qədər bütövlükdə latın qrafikasına keçməsini təmin etsin;
- Azərbaycan Respublikasında dövlət dilinə qarşı gizli, yaxud açıq
təbliğat aparmaq, Azərbaycan dilinin işlənməsinə və inkişafına müqavimət
göstərmək, onun hüquqlarının məhdudlaşdırılmasına cəhd etmək kimi
hallara, latın qrafikasının tətbiq olunmasına maneələr törədilməsinə
görə məsuliyyət növlərini müəyyən edən qanunvericilik aktının layihəsini
bir ay ərzində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim
etsin;
- mərkəzi və yerli icra hakimiyyəti orqanlarında kargüzarlığın latın
qrafikası ilə aparılmasını 2001-ci il avqustun 1-ə qədər təmin etsin;
- bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
Heydər Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 18 iyun 2001-ci il
|